+
-
22.08.2013
22.08.2013-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Avqust ayının 30-da saat 12:00-da Horadiz şəhərində yerləşən Horadiz Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən Fizuli və Beyləqan rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları avqust ayının 28-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz şəhərində yerləşən Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

                                        Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw