Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Xidmətinin Akademiyasına QƏBUL ELAN EDİR


Qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” ali təhsil ixtisası üzrə aparılacaqdır.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

• ərizə;
• anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
• tərcümeyi-hal;
• özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
• attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
• orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs¬diq edilmiş surəti; 
• yaşayış yerindən arayış;
• doğum haqqında şəhadətnamənin surəti;
• valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti; 
• 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
 

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün –
• 2023-cü ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
Hərbi xidmətdə olanlar üçün –
• DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.
 

Əlaqə nömrələri:  012–372–16–20 / 012-493-62-47 
Sənədlər 2023-cü ilin mart ayının 30-dək qəbul ediləcəkdir.