2019-cu ilin 27 iyun tarixində Belarusun paytaxtı Minsk şəhərində keçirilən II Avropa oyunlarında Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” idman olimpiya mərkəzi rəisinin müavini polkovnik-leytenant Firdovsi Umudovun rəhbərliyi altında sərhədçi zabitimiz - leytenant Hacı Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti adından sərhədçi zabitləri təbrik edir, dövlət bayrağımızı yüksəltdiklərinə, dövlət himnimizi səsləndirdiklərinə görə minnətdarlığımızı bildiririk!
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi