06 aprel 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinə qəbul üçün keçirilmiş imtahanın qiymətləndirilməsi başa çatmışdır.
Məlumat üçün bildiririk ki, Xüsusi məktəbə qəbul üçün keçirilmiş imtahanda 1227 nəfər iştirak etmişdir. Namizədlərin tibbi və digər yoxlamlara cəlb ediləcəyini nəzərə alaraq ən yüksək bal toplamış 101 nəfər növbəti mərhələyə keçirilmişdir. Qəbul planına uyğun olaraq bütün yoxlamaları uğurla keçən namizədlər bal ardıcıllığına görə Xüsusi məktəbə qəbul olunacaqdır.
Bununla yanaşı övladlarının imtahan materialları ilə şəxsən tanış olmaq istəyən vətəndaşlar (012) 554-92-44 telefon nömrəsi ilə əlaqə saxlamaqla və ya Xüsusi məktəbə yaxınlaşaraq müraciət edə bilərlər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi
XƏBƏRLƏR VƏ ELANLAR
|
AZƏRBAYCAN SƏRHƏD
MÜHAFİZƏSİ TARİXİ |