+
-
21.02.2019
21.02.2019, 15:42- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərə­­findən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miqrasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 5 nə­fər Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qar­şısı alın­mışdır. Belə ki, 17 fevral tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılmışlar.

Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildirmişlər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanılmış və barə­lərində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

 

 

                                 Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw