14 fevral 2013-cü il tarixdə, saat 10:30 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Neftçala rayonundakı Dalğa kəndinin ərazisində yerləşən sahil nəzarət məntəqəsinin xidməti sahəsində sərhəd naryadı sahildən 200 metr aralıda balıqçı qayığında 2 nəfərin dalğaya düşərək batmasını müşahidə etmişdir. Dənizdə batan balıqçılara kömək məqsədi ilə dərhal lazımi tədbirlər görülmüş, nəticədə balıqçılar – Neftçala rayon sakinləri Ayazov Tural Ələsgər oğlu və Ayazov Şəmsəddin Ələsgər oğlu xilas edilərək batmış qayıqla birlikdə sahilə çıxarılmışlar.