6 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsinə təsadüf edən mərasimdə Dövlət Sərhəd Xidmətinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının formalaşdırılması sahəsində Ulu Öndərin müstəsna xidmətlərinin olduğu qeyd olunmuş, xatirəsi böyük fəxr və qürur hissi ilə yad edilmişdir.
Tədbirdə çıxış edənlər Azərbayсan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı сənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf mərhələsində olduğunu, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artdığını qeyd etmişlər. Dövlətçilik ənənələrinə daim sadiq olan, sərhədlərimizin keşiyində qürurla dayanan Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, ardıсıl həyata keçirilən islahatlar sayəsində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan mütəşəkkil bir quruma çevrildiyi xüsusi vurğulanmışdır.
Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək özünün keçdiyi şərəfli xidmət yolundan danışmış, gənc əsgərləri təbrik etmiş, hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əmin olduğunu qeyd etmişdir
Mərasimdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırmışlar.
Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi