+
-
07.05.2015
07.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 6-da Dövlət Sərhəd Xidmətinin Aparatında xalqımızın xi­­laskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Hey­dər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli təd­bir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad­ Ələkbərov və millət vəkili Aydın Mirzəzadə çıxış edərək görkəmli döv­lət xadimi, dərin zəkaya və analtik təfəkkürə malik olan  müdrik şəx­siy­yət Heydər Əliyevin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, qüd­rət­li sərkərdənin ordu quruculuğunda və  Dövlət Sərhəd Xidmətinin  inki­şa­fın­dakı əvəzolunmaz xidmətlərindən danışmışlar. Qeyd olunmuşdur ki, döv­lətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev öz müdrik siya­sə­ti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ide­ya­sının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.  Heydər Əli­ye­vin parlaq fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək şərqlə qərb arasında etibarlı kör­pü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkə­lə­rin­­dən birinə çevrilmişdir.

Xüsusi olaraq vurğulanmışdır ki, uzaqgörən sərkərdə imzaladığı fər­man və sərəncamlarla, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçir­di­yi görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siya­sə­ti­mi­zi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəy­yən etmişdir. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Ko­man­danı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, is­tərsə də xarici siyasətində əldə etdiyi hər bir uğur Ulu Öndərin zəkasının təcəs­sümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sə­nəd­li film nümayiş olunmuşdur. 

 

             Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw