Sentyabr ayının 18-də Şəki sərhəd dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul etmişdir.
Müraciətlər əsasən Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul, sərhədyanı yaşayış məntəqələrində sosial-məişət problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı olmuşdur.
Qəbul zamanı vətəndaşların müraciətlərinin, şikayət və təkliflərinin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə DSX-nin aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapmış, digər məsələlərin isə araşdırılması nəzarətə götürülmüşdür.
Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi