Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində silsilə tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində DSX Hərbi Hospitalının ixtisaslı həkimləri tərəfindən hərbi hissələrdə və sərhədyanı yaşayış məntəqələrində yerli sakinlərin əvəzsiz müayinə və müalicəsi davam etdirilmişdir.
2014-cü ilin 1-3 avqust tarixlərində Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində Lerik rayonunun Məhləbad, Yuxarı Amburdərə, Aşağı Amburdərə, Qələçər, Kələxan, Orand və Hilidərə kəndlərinin 123 nəfər sakininin müayinə və müalicələri təşkil edilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.