+
-
23.05.2022
23.05.2022, 15:02 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

May ayının 23-də saat 00:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 01:40 radələrində Cəbrayıl - Horadiz  avtomagistral yolunun yaxınlığında sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən qara rəngli “Mersedes E 190” markalı 90-DJ-159 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılmışdır.

Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Məmmədov Nahid Şirzad oğlunun idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 11 kiloqram 885 qram narkotik vasitə “marixuana”yabənzər maddələr və 5 ədəd “Millionaire” markalı spirtli içkiləraşkar olunaraq götürülmüşdür. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

      

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

 

 

f tw