+
-
24.04.2022
24.04.2022, 19:19 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilmişlər.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw