+
-
19.03.2022
19.03.2022, 12:44 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ilə Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq, 16-18 mart 2022-ci il tarixlərdə Horadiz, Qubadlı, Zaqatala və Qazax şəhərlərinin ərazilərində yerləşən Dövlət Sərhəd Xid­mə­tinin hərbi hissələrində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələrinin şəxsi heyətlə görüşləri təşkil edilmişdir.

Tədbirlərdə şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilmiş, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd təh­lükə­siz­liyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi, Vətənimizin sərhəd­lərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanmışdır.

Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanun­vericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmlən­di­rilməsi mövzu­ların­da şəxsi heyətə müvafiq tövsiyələr verilmişdir.   

Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxın­dan tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim etmişlər.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw