03.02.2022, 14:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunmuşlar.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi