+
-
02.01.2022
02.01.2022, 20:05 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amin Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra kiçik çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır.

Hazırda kiçik çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw