+
-
10.12.2021
10.12.2021, 16:40 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin “Sərhədçilərin dostu” mövzusunda növbəti kinoloji yarışları keçirilmişdir.

Narkotik vasitələrin axtarışı və  iz axtarışı üzrə iki istiqamətdə keçirilmiş yarışların məqsədi xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığının inkişaf etdirilməsi, dövlət sərhədinin mühafizə­sində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqə­lərində narkotik vasitələrin axtarışı bacarıqlarının təkmilləşdirilməsi, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssislərin və yüksək iş qabiliyyəti olan xidməti itlərin müəyyən edilməsi olmuşdur.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl cantalarında narkotik vasitələrin axtarışı və sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması üzrə tapşırıqlar yerinə yetirilmişdir.

Kinoloji yarışların qalibləri kubok və diplomlarla təltifləndirilmişlər.  

Yarışların yekununa həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar edilmişdir.

 

DövləSərhəXidmətinin mətbuat mərkəzi

f tw