3 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkmişdir.
General-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət etmiş, səhhətlərinin vəziyyətilə maraqlanmış, tezliklə sağalmalarını arzulamışdır.
Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunmuş, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi