26.10.2021, 14:14 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaq­ları­mızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.

Şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu, gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu, kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu, kiçik gizir İbrahimov Elnur Dönməz oğlu, kiçik gizir İbrahimov Sultan Mikayıl oğlu, kiçik gizir Rzalı Daşqın Elşad oğlu, kiçik gzir Xosrovzadə İlkin Azay oğlunun anım məra­sim­lərində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, ictimaiy­yət nümayən­dələri iştirak etmiş, şəhidlərin məzarlarını ziya­rət edib, gül çələngi qoy­muşlar.

Mərasimlərdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəha­dət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıq salnamələri yazdıqları barədə danışılmış, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinmə­yəcəyi vurğulanmışdır. 

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələ­rin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən döv­lət siyasətinin əsas istiqamətlərindən olduğu, qeyd olunan məsə­lə­lərin daim diqqət mərkəzində saxlanıldığı  bildirilmişdir.   

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, dövlətimiz tərəfindən torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinə göstə­rilən yük­sək diqqət və qayğıya görə minnət­darlıq bildirmişlər.

 

Dövlət Sərhəd XidmətininMətbuat Mərkəzi


 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80