+
-

VI Fəsil. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Maddə 40. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Azərbaycan Respublikasının dövlət sərhədini, sərhəd rejimini, sərhədboyu rejimi və ya Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozmaqda və ya pozmağa cəhd göstərməkdə, yükləri, materialları, sənədləri və başqa əşyaları Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçirməkdə və ya qanunsuz keçirməyə cəhd göstərməkdə, habelə Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanunvericiliyin başqa şəkildə pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti, inzibati və ya başqa məsuliyyət daşıyırlar