+
-

V Fəsil. Sərhəd qoşunlarının maliyyələşdirilməsi və maddi-texniki təminatı

Maddə 37. Sərhəd qoşunlarının maliyyələşdirilməsi

Sərhəd qoşunları Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrıca maddə ilə maliyyələşdirilir və sərhəd qoşunları üçün yaşayış evlərinin, sosial–mədəni və xüsusi obyektlərin tikintisindən ötrü vəsait ayrıca nəzərdə tutulur.

Maddə 38. Sərhəd qoşunlarının əsas fondları

Sərhəd dəstələrinin, hərbi hissələrin, bölmələrin, idarələrin, müəssisələrin binaları, qurğuları və digər tikililəri, tədris-maddi baza ilə birlikdə tədris obyektləri, sərhəd gəmiləri (katerləri), sərhəd hava gəmiləri, sərhəd qoşunlarının onların üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün istifadə etdikləri tabel əmlakı və vəsaitləri Azərbaycan Respublikasının dövlət mülkiyyətidir və sərhəd qoşunlarının əsas fondlarını təşkil edir. Əsas fondlara münasibətdə sərhəd qoşunları əməli idaretmə hüququndan istifadə edirlər. Sərhəd qoşunlarının əsas fondları özəlləşdirilə bilməz.

Sərhəd qoşunlarının yerləşdirilməsi və fəaliyyəti üçün torpaq sahələri, limanlara məxsus su hövzələri onların istifadəsinə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq verilir. Sərhəd qoşunlarının torpaqdan və sudan istifadə etməsinə görə vergi müəyyən edilmir.

Sərhəd qoşunları torpaqdan, hava məkanından, su sahələrindən istifadəni Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirir.

Maddə 39. Sərhəd qoşunları mənzil fondunun xüsusiyyətləri

Sərhəd qoşunlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd qoşunlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər.

Sərhəd komendantlıqlarına, sərhəd zastavalarına, sərhəd nəzarəti bölmələrinə, Dövlət sərhədinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab edilir, özəlləşdirilə və dəyişdirilə bilməz.

Sərhəd qoşunları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən sərhəd qoşunlarının tələbi əsasında köçürülür.

Sərhəd komendantlıqlarında, sərhəd zastavalarında, sərhəd nəzarəti bölmələrində, sərhəd gəmilərində, sərhəd hava gəmilərinin şəxsi heyətində, Dövlət sərhədini mühafizə edən digər orqanlarda hərbi xidmət keçən və xidməti mənzillərdə yaşayan hərbi qulluqçulara mənzil sahəsi, məişət mebeli (müvafiq icra hakimiyyəti orqanınıntəsdiq etdiyi siyahıya əsasən), sərhəd qoşunlarının xərclər smetası hesabına verilir və kommunal xidmət göstərilir.

Maddə 40. Sərhəd qoşunlarının maddi-texniki təminatı

Sərhəd qoşunlarının silah, döyüş texnikası və maddi-texniki təminatı, infrastrukturun yaradılması Azərbaycan Respublikasının maddi ehtiyatları hesabına müvafiq icra hakimiyyəti orqanıtərəfindən həyata keçirilir. Sərhəd qoşunlarının maddi-texniki təminatı normalarını və qaydasını Sərhəd Qoşunlarının komandanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanımüəyyən edir.

Sərhəd qoşunlarının silah və texnikasının təmiri sərhəd qoşunlarının, müvafiq icra hakimiyyəti orqanının, o cümlədən Azərbaycan Respublikasının hərbi dəniz qüvvələrinin, Azərbaycan Respublikasının digər nazirlik və idarələrinin təmir müəssisələrində, habelə digər dövlətlərin təmir müəssisələrində həyata keçirilir.

Məhsulun keyfiyyətinə nəzarət etmək və onu qəbul etmək üçün, o cümlədən Azərbaycan Respublikasının müəssisə və təşkilatlarında sərhəd qoşunlarının silah və texnikasının təmirinin keyfiyyətinə nəzarət etmək üçün müvafiq icra hakimiyyəti orqanındannümayəndələr dəvət olunur.

Sərhəd qoşunlarının hərbi hissələrini və bölmələrini yerləşdirmək üçün obyektlərin tikintisi və ya verilməsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün müəyyən edilmiş qaydada və normalar üzrə, sərhəd qoşunlarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət büdcəsi, Azərbaycan Respublikasının əlaqədar nazirlikləri və idarələrinin vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 yanvar 1994-cü il

№ 772

«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1994-cü il, № 16, maddə 209 .

7 oktyabr 1997-ci il tarixli, 378-IQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 313-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə.