"Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Fərmanı
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I
1. «Hərbi xidmətdə fərqlənməyə görə», «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə», «Qüsursuz xidmətə görə», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Veteranı», «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» medalları ilə təltif edilmə səlahiyyəti Azərbaycan Respublikasının müdafiə nazirinə, habelə səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə, Azərbaycan Respublikasının daxili işlər nazirinə, Azərbaycan Respublikasının ədliyyə nazirinə, Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunları Komandanına və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə verilsin.
2. «Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli 1123 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, « 25 » iyun 2004-cü il
N 282