"Ə.V.Rzayevə «Əməkdar incəsənət xadimi» fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 avqust tarixli 1615 nömrəli Sərəncamı
![](../images/gerb_2.jpg)
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan incəsənətinin inkişafında, hərbi musiqiçi kadrların hazırlanmasında səmərəli fəaliyyətinə və Sərhəd Qoşunlarında uzunmüddətli xidmətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu polkovnik-leytenant Əlibala Vasif oğlu Rzayevə «Əməkdar incəsənət xadimi» fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, « 15 » avqust 2006-cı il
N 1615