+
-

"Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları"

Dövlət   Sərhəd Xidməti  rəisinin   

13 may  2024-cü  il  tarixli   33

nömrəli əmri ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının sərhəd mühafizə orqanlarının 

hərbi qulluqçularının və mülki işçilərinin etik davranış 

 

Q A Y D A L A R I

 

Azərbaycan Respublikasının sərhəd mühafizə orqanlarının hərbi qulluqçularının və mülki işçilərinin etik davranış qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Res­publikası sərhəd mühafizə orqanlarının hərbi qulluqçularının və mülki işçilərinin (dövlət qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçilər) (bundan sonra - əməkdaşlarının) etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

 

1-ci FƏSİL 

 

ÜMUMİ MÜDDƏALAR

 

1. Qaydaların əhatə dairəsi

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının hərbi xidmətkeçmə sahəsindəki qanunvericilik aktlarına, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-IIIQ nömrəli Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və sərhəd mühafizə orqanlarının əməkdaşlarına şamil edilir.

1.2. Əməkdaşlar qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutaraq, bu Qaydaların müddəa­larına əməl etməyə görə şəxsi məsuliyyət və cavabdehlik daşıyır.

 

2. Qaydaların məqsədi

 

2.1. Bu Qaydaların məqsədləri aşağıdakılardan ibarətdir:

2.1.1. Əməkdaşların nüfuzunu artırmaq, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olma­yan şəxslərin (bundan sonar - əcnəbi) əməkdaşlara etimadını yüksəltmək;

2.1.2. Əməkdaşların fəaliyyətində səmərəliliyi və şəffaflığı artırmaq;

2.1.3. Əməkdaşların fəaliyyətində maraqların toqquşma­sının qarşısını almaq;

2.1.4. Əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl olunmasını təmin etmək;

2.1.5. Əməkdaşlar tərəfindən Azər­baycan Res­pub­likasının Konsti­tu­siya­sının, Azərbaycan Respublikasının qanun­larınınAzər­baycan Respublika­sının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Res­publikası Preziden­ti­nin fərman və sərəncamlarının, Azər­baycan Respu­blikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Azərbaycan Res­pub­likası Dövlət Sərhəd Xidməti rəisinin (bundan sonra - Dövlət Sərhəd Xidmətinin rəisi) göstərişlərinin (əmr, sərən­cam, qərar və sair), Dövlət Sərhəd Xidmətinin normativ hüquqi aktlarının, habelə digər sahəvi hüquqi aktların tələblərinə riayət etmək.

 

3. Xidməti (iş) davranışın hüquqi tənzimlənməsi

 

 3.1. Əməkdaşların xidməti (iş) davranışı qanunvericiliyə uyğun olaraq ona verilmiş hüquq­ların həyata keçirilməsi və vəzifə­lərinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Əmək­daşların xidməti (iş) davranışı bu Qaydalarla müəyyən edilmiş etik dav­ranış qaydalarına və prinsiplərə əsaslanmalıdır.

3.2. Əməkdaşların xidməti (iş) davra­nışı qanunvericiliyə, bu Qaydalara və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

 

4. Sərhəd mühafizə orqanlarında etik dəyərlər

 

4.1. Əməkdaşların xidməti (iş) fəaliy­yəti aşağıdakı dəyərlər əsas tutulmaqla həyata keçirilir:

4.1.1. dövlətçilik və ictimai mənafeyin qorunması - dövlətçiliyə yüksək hörmət nüma-yiş etdirmək, dövlətin maraqlarını və nüfuzunu uca tutmaq, ictimai mənafeyini gözləmək;

4.1.2. korrupsiyaya qarşı mübarizəyə dəstək - dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə dəstək olmaqla səlahiyyətləri çərçivəsində bilavasitə korrupsiya hüquqpozma-ları və korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısını almaq;

4.1.3. nümunəvilik - xidməti (iş) və xidmətdənkənar (işdənkənar) vaxtlarda hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət etmək, Azərbaycan Res­pub­lika­sının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra etmək;

4.1.4. məsuliyyətlilik - vəzifə funksiyalarına məsuliyyətlə yanaşaraq onların vaxtında və keyfiyyətlə icra etmək, zəruri bilik və bacarıqların mütəmadi olaraq inkişaf etdirmək;

4.1.5. birlik və əməkdaşlıq - sərhəd mühafizə orqanlarının əsas məqsəd və vəzifələrinin lazımi səviyyədə icrasında hər bir əməkdaşının rolunu dərk etmək, bu məqsəd və vəzifə­lər üçün birgə səy nümayiş etdirmək, əməkdaşlıq və qarşılıqlı köməklik şəklində fəaliyyət göstərmək.

 

 

 

 

 

2-ci FƏSİL

 

ETİK DAVRANIŞ QAYDALARI

 

5. Vicdanlı davranış

 

5.1. Fiziki və hüquqi şəxslərin, həmçinin dövlətin hüquqi şəxslərinin, cəmiyyətin və dövlətin maraqları naminə sərhəd mühafizə orqanlarının əməkdaşları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borc­ludur.

5.2. Əməkdaşlar bütün hallarda cəmiyyət üçün vicdanlılıq nümunəsi olmalıdır.

 

6. Dürüstlük

 

6.1. Əməkdaşlar öz vəzifələrini qanun­vericiliyin tələblərini və bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarını rəhbər tutmaqla icra etməli, həmkarları və digər şəxslərlə münasi­bət­lərdə səmimi olmalı, həqiqəti söyləməklə riyakarlıqdan qaçmalı, qanuni və ədalətli qərar və hərəkətləri ilə düzgün mövqe nümayiş etdirməlidir.

 

7. Qərəzsizlik

 

7.1. Əməkdaşlar xidməti vəzifəsini (işini) yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslərin üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

7.2. Əməkdaşlar xidməti vəzifələrinin (işinin) yerinə yetirilməsi zamanı qanunvericiliyin tələb­lə­rinə əməl etməyə borcludur.

7.3. Əməkdaşlar özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin (işinin) yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmama­lıdır.

 

8. İctimai etimad

 

8.1. Əməkdaşlar Azərbaycan Respub­likasının, Dövlət Sərhəd Xidmətinin nüfuzunu möhkəm­lən­dir­məyə, öz adını və şərəfini uca tutmağa borcludur.

8.2. Əməkdaşlar xidməti vəzifələrinin (işinin) icrası ilə bağlı onun adına xələl gətirə biləcək, habelə xidmət etdiyi (işlədiyi) orqanın (qurumun) nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

8.3. Əməkdaşlar etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına (qurumlarına) fiziki və hüquqi şəxslərin, həmçinin dövlətin hüquqi şəxslərinin inamını artırmalı və möhkəm­lən­dirməlidir.

8.4. Əməkdaşlar etik davranış qayda­larının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa səy göstərməyə, o cüm­lədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

 

9. Mədəni davranış

 

9.1. Əməkdaşlar Dövlət Sərhəd Xidmə­tinə müraciət edən vətəndaşlarla, əcnəbilərlə və xid­məti vəzifələrinin (işinin) yerinə yetirilməsi ilə bağlı ünsiyyətdə olduğu, eləcə də bilavasitə və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə, o cümlədən həmkarları ilə münasibətdə nəzakətli, diqqətli və təmkinli olmalıdır.

9.2. Əməkdaşlar xidməti vəzifələrinin (işinin) icrası zamanı ünsiyyətdə olduğu hər bir vətəndaş­la və əcnəbi ilə hörmətlə, işgüzar və etik davranış qaydalarına riayət etməklə davranmalıdır.

 

10. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət.

 

10.1. Əməkdaşlar fəaliyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir (işləməlidir).

10.2. Əməkdaşlar insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

10.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkdaşlar xidməti vəzifələrinin (işinin) icrası ilə bağlı fiziki şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların gizliliyini (konfidensiallığını) təmin etməlidir.

10.4. Əməkdaşlar hüquqi şəxslərin işgü­zar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

 

11. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

 

11.1. Əməkdaşlar öz fəaliyyətini Azər­baycan Respublikasının qanunverici­liyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

11.2. Əməkdaşlar etik davranışı və peşəkar fəaliyyəti ilə Dövlət Sərhəd Xidmətinə qarşı fiziki və hüquqi şəxslərin, həmçinin dövlətin hüquqi şəxslərinin inamını artır­malı və möhkəmləndir­məlidir.

11.3. Əməkdaşlar bilik və bacarıqlarını daim inkişaf etdirməli, xidməti vəzifələrinin (işinin) icra­sı zamanı ona həvalə olunmuş tapşırıq­ları hərtərəfli öyrənməli, təhlil etməli, düzgün planlaşdırmalı, icrasını vaxtında və tələb olunan səviyyədə təmin etməlidir.

11.4. Əməkdaşlar özlərinə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vaxtında və vicdanla yerinə yetirməli, süründürməçilik hallarına yol verməməlidir.

11.5. Əməkdaşlar biliklərini və peşəkarlıq səviyyəsini artırmaq üçün daima çalışmalı, milli qanunvericilikdə və beynəlxalq hüquqda olan yenilikləri izləməli və üzərinə düşən vəzifələrin məsuliyyətini hər zaman dərk etməlidir.

 

12. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər barədə  

pozuntunun qarşısının alınması

 

12.1. Əməkdaşların qanunsuz olaraq birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (və ya hərəkətsizliklər) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

12.2. Əməkdaşlar hərəkətlərinin (və ya hərəkətsizliyinin) və ya qərarlarının maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

12.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər, işlər) göstərən əməkdaşlar həmin xidmətə (xidmətlərə, işlərə) görə hər hansı haqq tələb edə bilməz.

12.4. Əməkdaşlara qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda bu təkliflərdən imtina etməlidir

12.5. Əməkdaşlara maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər onlardan asılı olmayan səbəblərdən verilərsə, bu barədə böyük rəisinə məruzə edilməli (dərhal məlumat verilməli), maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər akt üzrə təhvil verilməlidir.

 

13. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

 

13.1. Əməkdaşlar xidməti vəzifələrinin (işinin) qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssüratı yaradan, vəzifələrinin icrası müqabilində mükafat qismində verilən bu cür maddi nemətləri özü və ya digər şəxslər üçün tələb və ya qəbul edə bilməz

13.2. Əməkdaşlar xidməti (iş) mövqe­yindən istifadə edərək, Azərbaycan Respublkasının dövlət sərhədindən buraxılış məntəqə­sindən keçməklə xarici ölkələrə gedən, eləcə də, respublikamıza gələn şəxslərdən özü və ya digər şəxslər üçün hər hansı bir əşyanın gətirilməsini tələb və ya sifariş edə bilməz.

13.3. Əməkdaşlar regional, beynəlxalq və digər xarici tədbirlərdə iştirak edərkən digər ölkələrin və ya beynəlxalq təşkilatların nümayən­dələri tərəfindən mövcud protokol və etik davranış qaydalarına görə ona verilən hədiyyələri qəbul etdiyi hallarda bu barədə dərhal onunla birlikdə səfərdə olan nümayəndə heyətinin rəhbə­rinə, tək ezam olunduğu halda isə ezamiyyətdən geri qayıtdıqdan sonra böyük rəisinə məruzə etməlidir.

 

14. Maraqların toqquşmasının qarşısının alınması

 

14.1.  Əməkdaşlar xidmət etdiyi (işlədiyi) dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyət­lərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

14.2. Əməkdaşlar xidməti vəzifələri (işi) ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq xidmətə (işə) qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraq­ların xarakteri barədə böyük rəisinə məruzə etməyə (dərhal məlumat verməyə) borcludur.

14.3. Əməkdaşlar maraqların toqquşma­sının qarşısının alınması üçün qanunvericiliklə nəzər­də tutulmuş digər tədbirlər görməlidir.

14.4. Əməkdaşlar başqa vəzifəyə keçiril­məsi ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə böyük rəisinə məruzə etməlidir (dərhal məlumat verməlidir).

14.5. Vəzifəli şəxslərin yaxın qohumları bilavasitə onun tabeliyində heç bir vəzifə tuta bilməzlər.

14.6. Əməkdaşlar vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qayda­ları və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdırlar. Bu normativ aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə böyük rəisinə müraciət etməlidir.

 

15. Əmlakdan istifadə

 

15.1. Əməkdaşlar istifadəsində olan döv­lət əmlakından, maliy­yə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərin­dən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

15.2. Əməkdaşların dövlət əmla­kından, maliyyə vəsaitlə­rindən, rabitə, kompüter və digər kommunikasiya sistemlə­rindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin (işinin) icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

 

16. Məlumatlardan istifadə

 

16.1. Əməkdaşlar Dövlət Sərhəd Xid­mətində müəyyən olun­muş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

16.2. Əməkdaşlar xidməti (iş) fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

16.3. Əməkdaşlar xidməti vəzifələrinin (işinin) icrası zamanı əldə etdiyi məlumatları digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları qorumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xidməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir.

16.4. Əməkdaşlar bu Qaydaların 17.3-cü bəndində qeyd olunan məlumatların məxfiliyi pozulduqda dərhal bu barədə böyük rəisinə məruzə etməli (məlumat verməli) və həmin şifrənin istifadəsi dayandırılmalıdır.

16.5. Əməkdaşlar xidmət etdikləri (işlədikləri) struktur qurumun sərəncamında olan və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq informasiyaya aid edilmiş məlumatların əldə olunmasının və yayılmasının mümkünlüyünü səlahiyyətləri daxilində təmin etməlidir.

 

17. İctimai və ya siyasi fəaliyyət

 

17.1. Əməkdaşlara (mülki işçilər istisna olmaqla)Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ictimai və ya siyasi birliyə üzv olmaq qadağandır. 

17.2. Mülki işçilərin ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun vəzifə borclarını qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

17.3. Mülki işçilər qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını, mülki işçiləri ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

17.4. Mülki işçilərə sərhəd mühafizə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım et­mək qadağandır.

17.5. Mülki işçilərə seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

 

18. Zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi

 

18.1. Xidməti (iş) və ya xidmətdənkənar (işdənkənar) münasibətlərdən asılı olmayaraq əməkdaşlar tərəfindən zorakılıq və qısnama təzahürlərinə yol verilməsi qadağandır.

18.2. Əməkdaşların xidməti (iş) münasibətlərdə olan işçini, xidməti (iş) və xidmətdənkənar (işdənkənar) fəaliyyəti ilə əlaqədar digər şəxsləri alçaldan və təhqir edən əmələ, qısnamaya, cinsi mənsubiyyətdən irəli gələn ayrı­seçkiliyə məruz qoyması yolverilməzdir.

18.3. Əməkdaşlar hər hansı şəxsə qarşı qısnamaya, yəni şəxsi alçaldan və təhqir edən, başqa cinsə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışa yol verməməli, təhrik etməməli və belə davranışa üçüncü şəxslər tərəfindən yol verilməsinə şərait yaratmamalıdır.

18.4. Əməkdaşlar ona qarşı yol verilmiş zorakılıq və qısnama təzahürləri, eləcə də narahatlıq doğuran digər hallar barədə böyük rəisi­nə məruzə etməlidir (dərhal məlumat verməlidir).

18.5. Qısnamaya, habelə zorakılıq və qısnamanın digər təzahürlərinə, eləcə də narahatlıq doğuran digər hallara görə şikayət etmiş əməkdaşlara təzyiq göstərilməsinə və ya onun təqib olunmasına yol verilməməlidir.

 

19. Vətəndaşlarla münasibətlərin xüsusiyyətləri

 

19.1. Əməkdaşlar vətəndaşları və əcnəbiləri qəbul edərkən onları diqqətlə dinləməli, hüquq və vəzifələrini izah etməli, qanunvericiliyin tələblərinə uyğun olaraq problemin həlli yolunu göstərməlidir.

19.2. Əməkdaşlar vətəndaşlarla ünsiyyət zamanı sürün­dürməçilik hallarına yol verməməli və sərhəd mühafizə orqanlarına olan etimadın möhkəmləndirilməsinə çalışmalıdır.

19.3. Əməkdaşlar xidmətin (işin) aparıl­ması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş, hüquq və azadlıqlarının pozulmasına səbəb ola biləcək məlumatların gizliliyini (konfidensiallığını) təmin etməlidir.

19.4. Əməkdaşlar qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələ­rinin (işinin) icrası ilə əlaqədar vətəndaşlarla və əcnəbilərlə ünsiyyət qurulmasına zərurət yarandığı hallarda, bu ünsiyyətin sərhəd mühafizə orqanlarının inzibati binasında aparılma­sına üstünlük verməlidir.

 

 

20. Əməkdaşların həmkarları ilə münasibətlərinin 

xüsusiyyətləri

 

20.1. Əməkdaşlar həmkarları ilə qarşılıqlı hörmət və işgüzar yardıma əsaslanan münasibət qurmalı, bir-birinə qarşı qərəzli münasibətin təzahürlərindən çəkinməli və bütün səylərini kol­lek­tiv birliyin qorunmasına yönəltməlidir.

20.2. Əməkdaşlar həmkarlarının işindəki nöqsanlara münasibəti obyektiv yanaşmanı əks etdirməklə, özündə hörmət, dözümlülük, təmkinlilik və nəzakətliliyi ehtiva etməlidir.

20.3. Əməkdaşlar həmkarlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsini dəstəkləməlimaneə yaratmamalıdır.

20.4. Əməkdaşlar rəhbərliklə xidməti münasibətlərində subordinasiyaya, bilavasitə və ya yuxarı rəhbərinə qarşı münasibətdə tabelik qaydalarına riayət etməli və tabeliyində olan əməkdaşlara qarşı nəzakətli, təmkinli, diqqətli və qayğıkeş olmalı, vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nü­mayiş etdirməməlidir.

 

 

 

21. Digər dövlət orqanları (qurumları) ilə münasibətlərin xüsusiyyətləri

 

21.1. Əməkdaşlar digər dövlət orqanları (qurumları) ilə qanunvericiliklə müəyyən edilmiş hüquqlar, vəzifələr və səlahiyyətlər çərçivəsində münasibət yaratmalıdır.

21.2. Əməkdaşlar öz səlahiyyətləri çərçi­vəsində Azərbaycan Respublikasının dövlət sərhədi­nin mühafizəsinin, müdafiəsinin və toxu­nul­mazlığının təmin edilməsi baxımından dövlət siyasətinin və tənzimlənməsinin səmərəli həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada digər dövlət orqanları (qurumları) ilə faydalı əməkdaşlığın inkişaf etdirilməsində iştirak etməlidir.

21.3. Əməkdaşlar digər dövlət orqanları (qurumları) ilə müna­si­bətlər zamanı qanunvericiliklə ona verilmiş imtiyaz və səlahiyyətləri nüma­yiş etdirməməli, əməkdaşlıqdan şəxsi məqsədləri üçün istifadə etməməlidir.

 

22. Media (audiovizual, onlayn, çap, informasiya agentlikləri) ilə 

münasibətlərin xüsusiyyətləri və loyallıq

 

22.1. Əməkdaşlar medianın (audiovizual, onlayn, çap, informasiya agentlikləri) (bundan sonra - media) Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini, müdafiəsini və toxunul­mazlığını işıqlandırmaq istəyinə hör­mətlə yanaşmalı, media subyektlərinin dürüst və obyektiv məlumat almaq hüququnun qanun­vericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmamalıdır.

22.2. Əməkdaşların mediada yayımlanmış çıxışları (yazılı və ya şifahi) sərhəd mühafizə orqan­larının mövqeyini əks etdirdi­yindən həmin məlumatlar etibarlı və balanslaşdırılmış olmalı, müzakirələr hüquq normalarına xələl gətirmədən aparılmalı, mediada çıxışlar yalnız həmin sahə ilə bağlı fəaliyyəti həyata keçirən struktur bölmələri ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Çıxışlar aydın, səlis və lakonik olmaqla Azərbaycan dilinin leksik, qrammatik və fonetik, habelə hərbi xidmətkeç­mənin normalarına uyğun olmalıdır.

22.3. Əməkdaşlar mediada çıxış edərkən aşağıdakı qaydalara riayət etməlidir:

22.3.1. onun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı rəsmi açıqlamalardan, müha­ki­mələrdən və qiymətləndirmələrdən çəkinmək, qanunvericiliklə müəyyən edilmiş qay­dada dövlət sirrinin və məxfi məlumatların verilməsinə dair tələblərə riayət etmək, gizli (konfidensial) və yayılması məhdudlaşdırılan digər məlumatları açıqlamamaq;

22.3.2. maraqların toqquşmasına səbəb ola biləcək siyasi, dini, irqi, milli, cinsi, sosial ayrıseçkiliyi, o cümlədən düşmənçilik və ədavəti ifadə edən çıxışlara yol verməmək;

22.3.3. mediada etdiyi çıxışının yarada biləcəyi riskləri nəzərə almaq, istifadə etdiyi sözlərin məzmununu və məlumatların mətnini düzgün seçmək.

22.4. Əməkdaşlar Dövlət Sərhəd Xidməti tərəfindən kütləvi informasiya vasitələrində çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.

22.5. Əməkdaşlar xidməti vəzifəsinə (işinə) aid olmayan hallardan, Dövlət Sərhəd Xidmətinin xidməti fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizə­lərdən, çıxışlardan və fəaliyyətinə ictimai qiymət verilməsindən çəkin­məlidir. Bu hal əməkdaşların elmi-pedoqoji fəaliyyəti ilə bağlı çıxışla­rına və ya elmi yazılarına şamil olunmur. 

22.6. Əməkdaşlar xidməti vəzifələrinin (işinin) icrası ilə bağlı onun adına xələl gətirə biləcək, habelə Dövlət Sərhəd Xidmətinin nüfu­zu­nu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

22.7. Əməkdaşlar qanunvericilikdə və digər normativ hüquqi aktlarda xidməti vəzifələrin (işin) icrası ilə bağlı nəzərdə tutulmuş məh­du­diyyətlərə əməl etməlidir.

 

23. Beynəlxalq işgüzar münasibətlərin xüsusiyyətləri

                                                                                      

23.1. Əməkdaşlar vəzifələrinin icrasından irəli gəldiyi hallarda və böyük rəisinin göstərişi ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində digər dövlətlərin sərhəd mühafizə orqanları, habelə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsində iştirak edir, bu proseslərdə iştirak edən həmkarlarına qanunvericiliklə müəyyən edilmiş qaydada hərtərəfli kömək göstərir.

23.2. Əməkdaşlar rəsmi nümayəndə heyətinin tərkibində və ya tək xarici ölkələrə ezam olunduqda ezamiyyə məqsədlərinə, o cümlədən iştirakçısı olduğu beynəlxalq tədbirin proqramına və işgüzar geyim qaydalarına riayət etməli, olduğu xarici ölkənin adət-ənənələrini, milli dəyərlərini, əxlaq və birgə yaşayış qaydaları gözləməli, Azərbaycan Respublikasının, təmsil etdiyi sərhəd mühafizə orqanının adına xələl gətirə biləcək əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verməməlidir.


 

3-cü FƏSİL

 

Xidməti (iş) və xidmətdənkənar (işdənkənar) davranış


24. Əməkdaşların xidməti (iş) davranışına dair 

digər tələblər


24.1. Əməkdaşlar xidməti (iş) davranışı  zamanı aşağıdakılara əməl etməlidir:

24.1.1. xidmətlə bağlı bütün çətinliklərə qarşı əzmkar olmaq, xidməti vəzifəsini (işini) yerinə yetirərkən vaxtını xidməti vəzifələrindən (işindən) kənar işlərə sərf etməmək;

24.1.2. sərhəd mühafizə orqanlarında müəyyən olunmuş gündəlik xidməti () və ya növbə qrafikinə, o cümlədən xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etmək, xidmət yerinə vaxtında gəlib-getmək, üzrlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə böyük rəisini məlumatlandırmaq, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməmək, fövqəladə hallar istisna olmaqla, böyük rəisinin icazəsi olmadan xidmət yerini tərk etməmək və onun ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlmək;

24.1.3. özünə və tabeliyində olanlara qarşı tələbkar olmalı, bu Qaydalarla müəyyən edilmiş tələblərin əməkdaşlar tərəfindən pozulması halları ilə qarşılaşdıqda, onların aradan qaldırılması üçün zəruri tədbirlər görmək;

24.1.4. xidməti fəaliyyətlə bağlı aparılan icraat zamanı verilən sualları tam və səmimi cavablandırmaq, araşdırma ilə əlaqədar dövlət sirri və məxfi məlumatlar istisna olmaqla ona məlum olan məlumatları tam şəkildə açıqlamaq, obyektivliyin təmin edilməsinə hərtərəfli köməklik göstərmək;

24.1.5. xidməti vəzifələrinin (işinin) icrası ilə bağlı olmayan məsələlərə müdaxilə etmə-mək, digər əməkdaşların səlahiyyətlərinə aid və onların icraatında olan sənəd və mate-rialların həllinə təsir etməyə cəhd etməmək, xidməti zərurətdən irəli gəlməyən məsələ-lərə maraq göstərməmək və müdaxilə etməmək;

24.1.6. müzakirə mərhələsində olan və bu barədə müvafiq qərar qəbul edilməyən məsə-lələrlə bağlı açıqlamalar verməmək, icraatında olan işlərin icrasına buna səlahiyyəti olmayan əməkdaşlar tərəfindən müdaxilə edilməsinin qarşısını almaq;

24.1.7. müəmmalı və qeyri-sağlam həyat tərzi keçirən, o cümlədən, qaçaqmalçılıq və dövlət sərhədinin pozulması hallarına görə məhkum olunmuş və mütəmadi bu işlərlə məşğul olan şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamaq, şəxsi münasibətlər qurmamaq, onlarla hər hansı bir sövdələşməyə getməmək;

24.1.8. anket məlumatlarında özü və ailə üzvləri haqqında məlumatları düzgün göstər-mək, heç bir faktı gizlətməmək, anket məlumatlarında dəyişikliklər baş verdikdə dərhal bu barədə böyük rəisini məlumatlandırmaq;

24.1.9. xidməti (iş) geyim formasını müəyyən edilmiş qaydalara uyğun şəkildə, şərəf və ləyaqətlə, səliqəli və qüsursuz daşımağı bacarmaq, öz xarici görkəminə diqqətlə yanaş-maq, hər zaman səliqəli olmaq.

 

25. Əməkdaşların xidmətdənkənar (işdənkənar) davranışının

xüsusiyyətləri


25.1. Əməkdaşlar şəxsi həyatında ümumi qəbul edilmiş milli əxlaq, ictimai davranış normalarına əməl etməli və onun xidmətdənkənar (işdənkənar) davranışı peşə nüfuzuna xələl gətirməməlidir.

25.2. hərbi qulluqçular xidməti hərbi geyim formasını, xidməti silahını və əmlakını nümayiş etdirməklə şəxslərə qanunsuz təsir göstərməməli, onlardan sui-istifadə hallarına yol verməmə­li, xidmətdənkənar müddətdə ictimai yerlərdə hərbi geyim formasından istifadəyə məhdudiyyətlər qoymalıdır.

 

26. Vicdan azadlığı

 

26.1. Əməkdaşların dini etiqadını qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst müəy­yən etmək hüququ vardır.

26.2. Əməkdaşlar hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşmalıdır.

26.3. Əməkdaşlar öz dini mənsubiyyətini açıq şəkildə təbliğ etməməlidir.

26.4. Dini fəaliyyətlə əlaqədar əməkdaşlar aşağıdakı qayda­lara ciddi əməl etməlidir:

26.4.1. hər hansı dini təşkilatın üzvü olmamaq, dini təşkilat və ya təsisatlara maddi vəya digər şəkildə dəstək verməmək və belə dəstək almamaq;

26.4.2. həmkarlarını dini təşkilat və ya təsisatın fəaliyyətində iştiraka təhrik etməmək;

26.4.3. dini təşkilatların yaradılmasına yardım etməmək;

26.4.4. ictimai qaydanı pozmamaq və ictimai əxlaqa zidd davranış sərgiləməmək.

 

27. Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti

 

27.1. Əməkdaşların elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.

27.2. Əməkdaşlar elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olarkən aşağıdakı qaydalara əməl etməlidir:

27.2.1. qanunvericiliklə müəyyən edilmiş məxfi məlumatları açıqlamamaq, habelə xid-məti fəaliyyəti ilə əlaqədar ona məlum olmuş məlumatların gizliliyini (konfidensiallığını) qorumaq;

27.2.2. həmin fəaliyyətin həyata keçirilməsi zamanı xidməti vəzifəsini (işini) yerinə yetir-məsinə mane olmamaq.

 

28. Sosial şəbəkələrdə davranış 

 

28.1. Əməkdaşlar sosial şəbəkələrdən istifadə zamanı üzərinə düşən məsuliyyət və öhdəlikləri, sosial medianın potensial təhlükələrini nəzərə almalı, bu məqsədlə sərhəd mühafizə orqanlarının cəmiyyətdəki nüfuzuna xələl gətirən hərəkətlərdən yayınmalı, maraq­ların toqquşmasına səbəb ola biləcək, eləcə də gizli (konfidensial) məlumatların açıqlanma­sına yol verməməlidir.

28.2. Əməkdaşlar tərəfindən sərhəd mühafizə orqanlarına məxsus elektron poçt ünvanlarından fərdi sosial media hesablarının yaradılması və ya şəxsi kommunikasiyaları üçün istifadə edilməsi qadağandır.

28.3. Əməkdaşlar sosial şəbəkələrdən istifadə zamanı paylaşımlar etdikdə aşağıdakı qayda­lara riayət etməlidir:

28.3.1. öz fərdi media hesablarında sərhəd mühafizəsi orqanlarının rəmzlərindən, rəsmi emblemindən istifadə etməmək, hərbi geyim (iş) formasında və xidmət (iş) yerinə aid olan foto və ya videogörüntülərini sosial media hesablarında yerləşdirməmək, gündəlik xidməti (iş) prosesi ilə əlaqədar halları və məlumatları sosial mediada yaymamaq;

28.3.2. fərdi sosial media hesablarında xidməti (iş) yeri və vəzifəsi barədə detallı (dəqiq) məlumatlar qeyd etməmək, sərhəd mühafizə orqanlarının fəaliyyətinə münasibətdə isə Dövlət Sərhəd Xidmətinin rəsmi internet səhifəsi və sosial media hesablarında paylaşı-lan məlumatlardan artıq paylaşımlar etməmək;

28.3.3. fərdi sosial media hesablarında siyasi, dini, irqi, milli, cinsi, sosial ayrı-seçkilik, o cümlədən düşmənçilik və ədavəti ifadə edən və xidməti vəzifələrinin (işinin) qərəzli icra edilməsi təəssüratı yaradan mətnlər, audio və videomateriallar, təsvirlər paylaşmamaq, bu tipli paylaşım və şərhləri bəyənməməkşərhlər yazmamaq;

28.3.4. digər sosial şəbəkə istifadəçiləri tərəfindən edilmiş paylaşımları bəyənərkən vəya şərh edərkən bu şərh və bəyənmələrin geniş yayılma potensialına xüsusi diqqət yetirmək, onların ciddi nəticələr yaratma imkanını nəzərə almaq, sözlərin və məlumatla-rın məzmununu düzgün seçmək;

28.3.5. sosial şəbəkələrdə mənşəyi bilinməyən səhifələrə və saytlara daxil olmaq, rəsmi təsdiq edil­məyən məlumatları götürmək və paylaşmaq, şərh və mesaj yazmaq, eləcə də mobil tele­fonlarla danışıq zamanı hərbi xidmət və onun xüsusiyyətləri barədə məlumatlar, hərbi hissələr (bölmələr) və onların yerləşmə yerləri, şəxsi heyət, onların vəzifələri, silahlanması, təchizatı və hərəkət­ləri haqqında məlumatlar, ictimaiyyətə açıqlanmayan döyüş təyinatlı hərbi texnika, hərbi silahdöyüş sursatının növləri və sayı və digər əhəmiyyət kəsb edən məlumatların yayılması (danışılması), foto şəkillərin və video çəkilişlərin aparılması qəti qadağandır


 

4-cü FƏSİL

 

ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI

 

29. Təminatlar sistemi

 

29.1. Əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl etmələri zəruridir və onların davranışının həmin  qaydalara uyğunluğu özü və böyük rəisi tərəfindən müntəzəm olaraq təhlil edilir.

 

30. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

 

30.1. Sərhəd mühafizə oqanlarında bu Qaydalarla müəyyən edilmiş etik davranış qayda-larına riayət olunmasına nəzarət aşağıda göstərilən qaydada həyata keçirilir:

30.1.1. cari nəzarət.

30.2. Bu Qaydaların 31.1.1-ci yarımbəndində nəzərdə tutulmuş nəzarət bilavasitə rəhbərlər, sərhəd mühafizə orqanlarının böyük rəisləri tərəfindən öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.

 

31. Etik davranış qaydalarına əməl olunmasına cari nəzarət

 

31.1. Cari nəzarət üzrə böyük rəislər bu Qaydaların tələblərinə əməl olunması məqsədilə aşağıdakı tədbirləri həyata keçirməlidir:

31.1.1. tabeliyində olan əməkdaşların xidməti (iş) davranışlarının bu Qaydalara uyğunluğuna gündəlik nəzarət etmək və onun təhlilini aparmaq;

31.1.2. tabeliyində olan əməkdaşlara etik davranış qaydalarını izah etmək və etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr vermək;

31.1.3. tabeliyində olan əməkdaşların xidməti vəzifələrinin (işinin) həcmini nəzərə alaraq, tutduqları vəzifələrə uyğun vəzifə bölgüsü aparmaq;

31.1.4. tabeliyində olan əməkdaşların əməyinin qiymətləndirilməsində ədalətliobyektiv olmaq;

31.1.5. tabeliyindəki əməkdaşları hüquqazidd, ümumi qəbul edilmiş etik normalara uyğun olmayan qərarlar qəbul etməyə və hərəkətlərə sövq etməmək;

31.1.6. şəxsi münasibətlər zəminində əməkdaşların seçilməsi və yerləşdirilməsi ilə bağlı təkliflərə yol verməmək;

31.1.7. öz xidməti (iş) davranışları ilə bu Qaydaların tələblərinə əməl edilməsinə nümu-nəvi olmaq;

31.1.8. əməkdaşlar tərəfindən bu Qaydaların tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirləri müəyyən etmək;

31.1.9. etik davranış qaydalarının pozulmasına görə intizam tənbehinin tətbiqi ilə bağlı səlahiyyəti daxilində vəsatət qaldırmaq;

31.1.10. bu Qaydaların tələblərinin pozulmasının nəticələrinin aradan qaldırılması, habelə sərhəd mühafizə orqanlarına ictimai etimadın artırılması üçün tədbirlər görmək;

31.1.11. bu Qaydalara əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

31.2. Böyük rəislər bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması məqsədilə aşağıdakı tədbirləri görürlər:

31.2.1. bu Qaydaların tələblərinin pozulması barədə müraciətləri və şikayətləri qəbul etmək;

31.2.2. bu Qaydaların müddəalarının pozulması barədə daxil olmuş məlumatları araş-dırmaq;

31.2.3. bu Qaydaların tələblərinin pozulması faktı müəyyən olunduqda, pozuntuya yol vermiş əməkdaşlar barəsində tətbiq ediləcək intizam tənbehinin növü ilə bağlı intizam xətası törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün rəhbər vəzifəli şəxs qarşısında vəsatət qaldırmaq;

31.2.4. daxil olan müraciət və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təklif və tövsiyə vermək;

31.2.5. etik davranış qaydalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;

31.2.6. intizam icraatı zamanı sərhəd mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilmiş əməldə inzibati, mülki və ya cinayət xarakterli hüquqpozma tərkibinin əlamətləri aşkar edildikdə, toplanmış materialların baxılması üçün aidiyyəti üzrə məruzə olunmasını təmin etmək.

 

32. Əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsi

 

32.1. Əməkdaşlar böyük rəislərin (rəhbərlərin) qanunauyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri və ya verdiyi şifahi tapşırıqları hərbi xidmətkeçmə və mülki sahəvi qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yerinə yetirməyə borcludur.

32.2. Hərbi xidmətkeçmə və mülki sahəvi qanunvericilik aktları ilə nəzərdə tutulmuş qanuni göstərişlərin yerinə yetirilməməsi məsuliyyətə səbəb olur.

 

33. Əməkdaşların həyatının, sağlamlığının, mülkiyyətinin, şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qəsdlərdən müdafiə olunması

 

33.1. Xidməti (iş) fəaliyyəti ilə əlaqədar özünün həyatı, sağlamlığı, mülkiyyəti, şərəf və ləya­qə­ti və işgüzar nüfuzu qəsdlərə (bundan sonra - qəsdlərə) məruz qalan əməkdaşların hüquqları və qanunla qorunan maraqları Dövlət Sərhəd Xidməti tərəfindən müdafiə edilir.

33.2. Bu Qaydaların 34.1-ci bəndində qeyd edilən qəsdlərə məruz qalmış əməkdaşlar tərəfindən hadisə baş verən zaman bu barədə böyük rəisinə dərhal məruzə etməli (dərhal məlumat verilməli), baş verən hadisə üzrə mümkün olan bütün sübutlar aidiyyəti struktur qurumlar tərəfindən toplanaraq sənədləşmə aparılmalı və toplanmış material qəsdə məruz qalmış əməkdaşların xidmət apardığı (işlədiyi) sərhəd mühafizə orqanlarının aidiyyəti struktur qurumlarına göndərilməlidir.

33.3. Aparılan ilkin daxili araşdırma zamanı əməkdaşlara qəsd edən şəxsin əməlində hüquq­pozma faktına yol verildiyi təsdiqini tapdığı təqdirdə material hüquqpozma faktının xarakte­rindən asılı olaraq şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyəti orqana (quruma) göndərilir.

33.4. Qəsdə məruz qalmış əməkdaşların təhqiqat, istintaq orqanlarında və məhkəmə iclasında iştirakı və hüquqlarının müdafiəsi üçün lazımi şərait yaradılması, hüquqi yardımın göstərilməsi və bununla bağlı yaranacaq bütün xərclərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmuş aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən təmin edilir.

 

34. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

 

34.1. Bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarının pozulması əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

34.2. Əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

34.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

34.3.1. bu Qaydaların müddəalarının əməkdaşlar tərəfindən pozulması barədə fiziki və ya hüquqi şəxslər tərəfindən şikayət və ya digər məlumat verildikdə;

34.3.2. mediada əməkdaşlar tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumat dərc edildikdə.

34.4. İntizam icraatı zamanı əməkdaşlar tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına (qurumuna) məlumat verilməlidir.