+
-

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər etmiş sənədlərin siyahısı

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər etmiş sənədlərin siyahısı

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 iyun 2002-ci il tarixli Qərarı — «Azərbaycan» qəzeti (22 iyun 2002-ci il, № 140);

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 avqust 2002-ci il tarixli 99/372 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (19 iyun 2002-ci il, № 216)

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli Qərarı — «Azərbaycan» qəzeti (25 dekabr 2008-ci il, № 288);

Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (31 mart 2009-cu il, № 66)

(KM1) 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında öhdəliyi olmayan...» müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir.

Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola bilər(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarı - «Azərbaycan» qəzeti, 3 avqust 2003-cü il, № 176).