"Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 dekabr tarixli 1209 nömrəli Sərəncamı
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikasının milli-dövlət maraqlarının, dövlət sərhədlərinin toxunulmazlığının və ölkənin iqtisadi təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədlərində qaçaqmal-çılığın və digər qanunsuz fəaliyyətin qarşısının alınması, dövlət sərhədlərinin mühafizəsi sisteminin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərən¬camın 1-ci bəndi ilə təsdiq edilmiş dövlət Proqramının müddəalarını nəzərə almaqla, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminatının normalarını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Dövlət Proqramından irəli gələn maliyyələşdirmə məsələlərini həll etsin.
4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsini təmin etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, « 27 » dekabr 2005-ci il
N 1209