"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarəsinin bir qrup hərbi qulluqçusuna "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci 15 avqust tarixli 961 nömrəli Sərəncamı
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin sağlamlığının qorunmasında, yüksək səviyyəli tibbi xidmət göstərilməsində, müalicə- profilaktika işinin təşkilində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tibb İdarə¬sinin aşağıdakı hərbi qulluqçularına «Azərbaycan Respublikasının əməkdar həkimi» fəxri adı verilsin:
1. Əliyev İlqar Bədir oğlu– tibb xidməti polkovniki
2. Əliyeva Zərifə Əli qızı– tibb xidməti polkovnik-leytenantı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, « 15 » avqust 2005-ci il
N 961