+
-
19.12.2025
12-ci Prezident Kubokunun qrup mərhələsinin növbəti oyunları keçirilmişdir

18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının ikinci oyun günü çərçivəsində qrup mərhələsinin növbəti qarşılaşmaları keçirilmişdir.

Saat 15:00-da start götürən günün ilk oyununda Elit çövkən komandası Embawood komandası ilə qarşılaşmışdır. Üstün oyun nümayiş etdirən Elit komandası rəqibi üzərində 4:0 hesablı inamlı qələbə qazanmışdır.

Saat 16:00-da keçirilən günün ikinci qarşılaşmasında isə SərhədçiZəfər çövkən komandaları üz-üzə gəlmişdir. Gərgin mübarizə şəraitində keçən oyunda Sərhədçi komandası 4:1 hesabı ilə Zəfər komandasına qalib gəlmişdir.

Qeyd edək ki, 12-ci Prezident Kuboku uğrunda çövkən yarışlarının növbəti oyunları 20 dekabr 2025-ci il tarixində saat 11:00-da keçiriləcəkdir.

Azərbaycan Respublikası Atçılıq Federasiyası

f tw