+
-
01.08.2025
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

İyul ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 (iki) nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı –  1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw