Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin iyun ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilmişdir:
- ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılmışdır. Onların 8-i Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran, 1-i Qana vətəndaşı olmuşdur;
- qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılmışdır;
- sərhəd rеjim qaydalarını pоzduqlarına görə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;
- cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 289 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 428 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;
- narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 391 kiloqram 268 qram narkоtik vasitə, 2018 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb qanunsuz dövriyyədən çıxarılmış, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 20 ton 331 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılmışdır;
- qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 596 min 391 manat оlan qaçaqmal, о cümlədən istifadəyə yararsız avtomat silahı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.
Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi