+
-
08.06.2025
Hərbi qulluqçumuz müalicə aldığı xəstəxanada vəfat etmişdir

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. 

Allah rəhmət eləsin! 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw