+
-
02.06.2025
Hərbi hissələrdə “Açıq qapı günü” keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizə bölmələrində ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “Açıq qapı günü” keçirilmişdir.

Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə xalqımızın Dahi Öndəri Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat almışlar.

Qonaqlara sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilmiş, xidməti, inzibati binalara, əsgər yataqxanasına və yeməkxanaya baxış keçirilmişdir.

Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirmiş, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunmuş, xatirə fotoşəkili çəkilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw