+
-
02.06.2025
Gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilmiş, Dövlət Himni ifa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sadiq, cəsur, nizam-intizamlı olmağı, vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyi arzulamışlar.

Daha sonra gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirilmiş, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılmışdır.

Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarına söz vermişlər. 

Mərasimin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

 

f tw