+
-
19.04.2025
”ARAF” kuboku uğrunda konkur yarışları keçirilmişdir

“A” kateqoriyası üzrə 90 sm və “L” kateqoriyası üzrə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından olan idmançılar iştirak etmişdir. Bu kateqoriyalar üzrə 20 yaşadək idmançılar yaş məhdudiyyəti olmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla mübarizə aparmışlar.

17 idmançının iştirak etdiyi “A” kateqoriyası üzrə keçirilən yarışda “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər Fərzəliyev “Əsanə” ləqəbli atla birinci, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin  təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla ikinci, eyni məktəbin digər təmsilçisi Valeriya Roşenko “Şəhzadə” ləqəbli atla üçüncü, “Elite” klubunun təmsilçisi Əhəd Məmmədov “Walonka” ləqəbli atla dördüncü və  “Alart S” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

“L*” kateqoriyası üzrə yaş məhdudiyyəti olmadan 13 idmançının mübarizə apardığı yarışda “Gilan” atçılıq klubunun təmsilçisi Rahib İsmayılov “Cartanio” ləqəbli atla birinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zidan D” ləqəbli atla ikinci, həmin idmançı “Zirvə 2” ləqəbli atla üçüncü, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla dördüncü, “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Guadella” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

“M**” kateqoriyası üzrə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 11 idmançı iştirak etmişdir. Mübarizənin yekununda “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla birinci, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla ikinci, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zidan D” ləqəbli atla üçüncü, “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Guadella” ləqəbli atla dördüncü, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla beşinci yerin sahibi olmuşdur.

Sonda hər üç kateqoriya üzrə birinci yerin sahiblərinə “ARAF “ kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal, dördüncü və beşinci yerlərin sahiblərinə isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının diplomu təqdim edilmişdir.

 

Azərbaycan Respublikası Atçılıq Federasiyası

f tw