Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakı şəhərində II Fəxri Xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzarlarını ziyarət edib əziz xatirələrini ehtiramla yad etmiş, daha sonra yas mərasimlərində iştirak etmişlər.