Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və xidmətin general heyəti tərəfindən Vətən müharibəsinin 4-cü ildönümü ərəfəsində şəhid ailələri ziyarət edilərək onların qayğıları öyrənilmiş, ailələrə bayram hədiyyələri və sovqatlar təqdim olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərilərə göstərilən böyük diqqət və qayğıdır.
Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə və onların ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini böyük qürur hissi ilə ifadə etmişlər.
Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirələrinin əziz tutulacağı, ideallarının daim yaşadılacağı və sərhədçilərin dövlət sərhədlərimizi bundan sonra da qətiyyətlə qoruyacağı ifadə edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi