Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 8-ci turunun oyunları keçirilib.
Sentyabrın 10-da saat 16:00-da “Embawood” və “Ağstafa Dilbaz” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Embawood” komandasının 5-0 hesablı qələbəsi, saat 17:00-da “Köhlən” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu “Zəfər” komandasının 1-8 hesablı qələbəsi ilə başa çatıb.
Günün son oyunu saat 18:00-da “Qarabağ” və “Sərhədçi” komandaları arasında keçirilib. Mübarizədə “Sərhədçi” komandası “Qarabağ” komandası üzərində 0-5 hesablı qələbə əldə edib.
Turun növbəti oyunları sentyabrın 11-də keçirilib. Saat 17:00-da baş tutan ilk qarşılaşma “Polad” komandasının “Şirvan” komandası üzərində 7-1 hesablı qələbəsi, saat 18:00-da baş tutan qarşılaşma “Elit” komandasının “Omar” komandası üzərində 4-1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 9-cu turun oyunları 17-18 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.
Azərbaycan Respublikası Atçılıq Federasiyası