İyul ayının 31-də Novxanı Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar “Çövkən” Liqasının 4-cü turunun növbəti oyunları keçirilib.
Saat 17:00-da “Sərhədçi” və “Köhlən” komandaları arasında baş tutan mübarizə “Sərhədçi” komandasının 10-0 hesablı, saat 18:00-da “Embawood” və “Zəfər” komandaları arasında keçirilən günün ikinci oyunu isə “Zəfər” komandasının 6-1 hesablı qələbəsi ilə başa çatıb.
10 komandanın mübarizə apardığı Peşəkar “Çövkən” Liqasının 5-ci turunun oyunları 6-7 avqust 2024-cü il tarixlərində baş tutacaq.
Məlumat üçün bildirək ki, xalqımızın qədim atüstü oyunu Çövkənin tanıdılması istiqamətində Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən həyata keçirilən silsilə tədbirlər nəticəsində ictimaiyyətdə, xüsusilə gənclər arasında bu sahəyə marağın artması müşahidə olunub.
Azərbaycan Respublikası Atçılıq Federasiyası