Sosial şəbəkələrdə DSX əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı Dövlət Sərhəd Xidmətində araşdırma aparılmışdır.
Bildiririk ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab vermişdir.
Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi