Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
İyul ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində ümumilikdə 26 kiloqram 325 qram narkotik vasitə (24 kq 835 qram marixuana, 1 kq 490 qram tiryək), 2500 ədəd Metadon M-40 həbi, 660 ədəd Preqabalin 150 kapsulu, 40 qutu Marlboro, 10 qutu Milano siqaretləri və 5 ədəd TİTAN siqarının Xəzər dənizi vasitəsilə qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi