Atçılığın dresaj növü üzrə milli yığmamızın üzvü Aqata Zəhrabəyova 29.05-02.06.2024-cü il tarixlərində Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda iştirak edib.
Belçika, Fransa, İsveçrə və İrlandiya daxil olmaqla, ümumilikdə 21 ölkənin iştirak etdiyi yarışın final mərhələsinə yüksələn təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.
Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan A. Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.
Azərbaycan Respublikası Atçılıq Federasiyası