+
-
01.06.2024
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

May ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 150 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw