+
-
14.05.2024
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularında narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

May ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw