+
-
17.04.2024
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyaları keçirilib.

Hərbi qulluqçuların iştirakı etdiyi aksiyalarda təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə yeni yaşıllıqlar salınıb, hərbi hissələrin ərazilərində 15800 müxtəlif növ ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw