Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib.
Keçirilmiş tədbirlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda və xidməti vəzifələrinin icrası zamanı canlarını fəda etmiş şəhidlərin əziz xatirələrinin yad edilməsi, şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olması xüsusi vurğulanıb.
Şəhid ailələrinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb, ailələrin qayğıları öyrənilib, onlara bayram hədiyyələri və sovqatlar təqdim olunub.
Şəhidlərin ailə üzvələri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi