+
-
15.12.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabr ayının 14-də saat 15:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

f tw