+
-
30.10.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları və Qazax rayon rəhbərliyi Dövlət Sərhəd Xidmətinin “Qazax” əlahiddə sərhəd diviziyasında şəxsi heyətlə görüş keçirib. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

“Qazax” əlahiddə sərhəd diviziyasında keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayon rəhbərliyi və Hərbi Prokurorluğun əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər müstəqillik yolumuzu nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonda hərbi qulluqçular qarşısında hüquqi-maarifləndirici məzmunlu çıxışlar olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw