+
-
17.10.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu əməkdaşlarının iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda tədbir keçirilib.

Akademiya rəhbərliyi və qonaqlar tərəfindən Heydər Əliyev guşəsi və Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Dəmir yumruq abidə kompleksi ziyarət edilib, abidə önünə güllər düzülüb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Bundan başqa, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbədən və Hərbi Prokurorluğun Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100” sənədli filmi tədbir iştirakçılarına təqdim edilib, xatirə fotoşəkilləri çəkilib.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw