+
-
09.10.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Atçılığın dresaj üzrə milli yığmasının üzvü Aqata Zəhrabəyova 05-08 oktyabr 2023-cü il tarixdə Almaniyanın Troisdorf şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda iştirak edib. 

Almaniya, Hollandiya, Belçika, Danimarka, İsveçrə və İsveçin ümumilikdə 24 təmsilçisinin də yüksəldiyi final mərhələsində rəqiblərini 74,98 faizlik balla qabaqlayan idmançımız kubokun sahibi olub.

Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan Aqata Zəhrabəyova Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində təlimlərini davam etdirir.

f tw