+
-
21.08.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinə çoxsaylı təbriklər daxil olmuşdur. 

Sərhədçilərə ünvanlanmış təbrik və xoş sözlərə görə Dövlət Sərhəd Xidməti adından dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasətinə və onun rəhbərliyi altında əldə edilən qələbələrə əsaslanaraq, vətəninə, dövlətinə, Prezidentinə xidmət edən hər bir Azərbaycan sərhədçisi bundan sonra da şərəflə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi, həmçinin inkişafı naminə səy və bacarığını əsirgəməyəcək, müqəddəs sərhədlərimizin keşiyində daim ayıq-sayıq duracaqdır!

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw