Milli Mətbuat Günü münasibətilə Dövlət Sərhəd Xidmətində keçirilən tədbirdə xidmətin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən tədbirlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi, sərhədçi peşəsinin təbliği sahəsində KİV ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.
Tədbirin sonunda mətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri Fərmanla təltif edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi